Günün kuponu – 11.07.2024
“Şerif” – “Zirə” – 2,5 ALT
Azərbaycan klublarından ilk olaraq “Zirə” yeni mövsüm üçün avrokuboklarda mübarizəyə başlayır. Rəşad Sadıqovun komandası ölkə çempionatında da daha çox müdafiəyəyə meylli, praqmatik futbol oynayan komanda kimi tanınıb. Fikrimcə, avrokubok təcrübəsi daha zəngin olan “Şerif”lə səfər matçında “Zirə” oyunu müdafiədən quracaq. Qol buraxmamağa çalışacaq. Ona görə məhsuldar oyun gözləmirəm.
“Botev” – “Maribor” – cüt şans x2
Bukmekerler meydan sahibini favorit göstərsələr də, fikrimcə, Sloveniya təmsilçisi Bolqarıstan klubundan bir çox cəhətlərinə görə üstündür. Ona görə “Maribor”un uduzmayacağını düşünürəm.
“Keflavik” – “Qrotta” – QOL/QOL
İslandiyanın istənilən liqasında bol qollu oyunlara daha çox rast gəlmək olar. Məncə, hansı komandanın favorit olmasını bir kənara qoyub, bu dueldə də qol\qol variantına mərc etmək olar.