Sürpriz kupon – 09.05.2023

Sürpriz kupon – 09.05.2023

“Honka” – “Haka” QOL/QOL
“Honka” Finlandiya çempionatında 6 oyundan sonra 9 xal yığıb və 4-cü yeri tutur.
“Haka” isə 5 matçda 5 xal toplaya bilib.
“Honka” son turda “Lahti”nin qapısından 3 cavabsız top keçirmişdi.
Komandalar son dəfə aprelin 24-də qarşılaşıblar və görüş bərabərliklə bitib – 1:1.
Ümumiyyətlə, tərəflərin son iki duelində qalib müəyyənləşməyib.

“Real” – “Mançester Siti” 1
“Real”ın “Siti” qarşısında daha bir üstünlüyü doğma meydan amilidir. Madrid təmsilçisində Sebalyos və Eder Militao forma geyinə bilməyəcək. Matç ərəfəsində məlum oldu ki, Karlo Ançelotti daha bir il “Real”da qalacaq. Bundan başqa, Luka Modriçlə də müqavilə bir il uzadılacaq. Bu amillər meydan sahiblərinə müsbət təsir edə bilər.
Digər tərəfdə isə bütün rekordları qıran Erlinq Haaland var. İspaniya klubunun müdafiəçiləri norveçli hücumçunun qarşısını ala bilməsələr, işləri çətin olacaq.

“Napredak” – “Radniçki” 2
“Radniçki” Serbiya Superliqasını tərk etməyə əsas namizədlərdəndir. Amma hələ də hər şey itirilməyib. 9-cu pillədə olan “Napredak”ın isə o qədər də ciddi qorxusu yoxdur.
Qonaqlara 3 xal daha vacib lazımdır. Düşünürəm ki, “Radniçki” səfərdə qələbəyə oynayacaq.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 09.05.2023

Növbəti yazı

“Napoli”də yeni müqavilə