Sürpriz kupon – 09.02.2022

Sürpriz kupon – 09.02.2022

“Mançester Siti” – “Brentford” – YOX/QOL

Premyer liqanın ən az qol buraxan komandası (14 top) olan “Mançester Siti”nin qapısına yol tapmaq hər rəqibə nəsib olmur. Fikrimcə, “Brentford” da bu qarşılaşmada qol vura bilməyəcək.

“Kardiff” – “Piterbro” – 2,5 ÜST

Turnir cədvəlində sonuncu “üçlük”də yer alan “Piterbro”ya “bataqlıq”dan çıxmaq üçün qələbə son dərəcə vacibdir. “Kardiff”in də turnir vəziyyəti yaxşı sayıla bilməz. Demək, hər iki komanda qələbəyə oynamağa məhkumdur. “Piterbro”nun arxada qalan 28 oyunda 55, “Kardiff”in isə 48 qol buraxdığını nəzərə alsaq, nədən 2,5 üst variantını seçdiyimin səbəbi aydın olar.

“Tottenhem” – “Sauthempton” – 2,5 ÜST

“Sauthempton” ardıcıl 8 oyundur meydanı qol vurmadan tərk etmir. Tərəflərin öz aralarındakı son 5 duel isə qarşılıqlı qollarla keçib. Fikrimcə, 2,5 üst variantına güvənməyə dəyər.

İlkin Fikrətoğludan ən son “Sürpriz Kupon”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 09.02.2022

Növbəti yazı

Hayvardın durumuna aydınlıq gəldi