Günün kuponu – 09.02.2022
“Aston Villa” – “Lids” – 2,5 ÜST
“Lids” premyer liqada mövsümün ən çox qol (40 top) buraxan komandalarından biridir. Sanki hər tur “açıq qapı” həftəliyi keçirirlər. Ardıcıl 8 oyundur qapısında qol görən “Lids”in bu turda da uğursuz “ənənəsinə” sadiq qalacağını düşünürəm. Eyni zamanda Yorkşir təmsilçisinin qol vurma potensialı da pis deyil. Eynən rəqibi “Aston Villa” kimi. 21 turda 28 qol vurub, 32-ni buraxan birmingemlilərin matçında 2,5 alt variantını düşünməyə risk etmirəm. Üstü daha real variant sayıram.
“Mançester Siti” – “Brentford” – 1
Məncə, bu varianta kimsə şübhə etmir. Məsələ yalnız vurulan qolların sayında ola bilər. Ötən tur “Sauthempton”la sürpriz 1-1-lik bərabərliyə razılaşan “Siti”nin ardıcıl 2-ci oyun xal itirəcəyi inandırıcı deyil.
“Bornmut” – “Birmingem” – 1
Ardıcıl 8 qələbə! “Bornmut”un “Birmingem” ə qarşı görüşlərdə üstünlüyü məhz bu cürdür. Premyer liqaya birbaşa vəsiqə verən 1-2-ci yerlər uğrunda çarpışan “Bornmut”u lider “Fulhem”dən 6, “Blekbörn”dən isə cəmi 1 xal ayırır. İddiasız birmingemlilərin rəqib meydanında sürpriz edəcəyinə inanmıram.