Sürpriz kupon – 09.01.2022

Sürpriz kupon – 09.01.2022

“Herta” – “Köln” – qol/qol

Türkiyəli məşqçi Tayfun Korkutla “Herta” cəmi 4 tur keçirib və 7 xal toplayıb. “Köln”ə qarşı komandanın bombardiri Stefan Yovetiçin oynamaması “Herta” üçün ciddi itkidir. Turnir cədvəlində 7-ci pillədə qərarlaşan “Köln” avrokubok zonasından 2 xal geri qalır.Hər iki komandanın hücumdaki aktivliyini nəzərə alıb bu oyunun qol-qolla bitəcəyini ehtimal edirəm.

“Sevilya” – “Hetafe” – 1

 “Sevilya” 2-ci pillədə qərarlaşaraq lider “Real”dan 5 xal geri qalır. Amma onların ehtiyatda bir oyunu da var.  “Hetafe” isə 19 oyundan 18 xal yığmaqla hazırda La Liqanı tərk etməyə əsas namizədlərdəndir. Ötən tur “Real” üzərində sensasion qələbə qazansalar da, “Sevilya” qarşısında bunu təkrarlayacaqlarına inanmıram. Məncə, “Sevilya” qazanmaq şansını əldən verməyəcək.

“İnter” – “Latsio” – 1

 “İnter”in müdafiəsi yaxşı təsir bağışlayır. Hücumda isə məşqçi müxtəlif variantları sınamaq imkanına malikdir. Latsio”dan fərqli olaraq 3 gün əvvəl “Bolonya” ilə oyun təxirə salındığından “İnter”də yorğunluq problemi olmayacaq. Üstəlik, zədəli və pandemiyaya yoluxmuş futbolçular da sağalaraq məşqlərə qoşulub. “Latsio” isə “Empoli” ilə ” ölüm-dirim” qarşılaşmasından çıxıb. Bərpa üçün çox az vaxtları olub. Doğma meydan, azarkeş dəstəyini nəzərə alıb “İnter”in qələbəsinə mərc edirəm.

“Mister X”dən ən son “Sürpriz Kupon”

Mr. X

Əvvəlki yazı

Günün kuponu – 09.01.2022

Növbəti yazı

Vidala üç oyunluq cəza