Günün kuponu – 09.01.2022
“Empoli” – “Sassuolo” – qol/qol
“Empoli” son 4 ev oyununda minimum 2 top vurub. Rəqibə gəlincə, son turda “Cenoa” üzərində böyük üstünlüyə malik olmalarına baxmayaraq qələbə qazana bilmədilər. “Sassuolo” 7 səfər oyunun 6-da ilk yarıda qol vurub. Turnir cədvəlində onları cəmi 3 xal ayırır. Hansısa tərəfə qələbə vermək çox çətindir. Komandalar məhsuldarlıqları ilə seçildikləri üçün oyunun nəticəsini qol-qol görürəm.
“Cenoa” – “Spesia” – 2,5 alt
Təxminən bərabər səviyyəli, autsayder komandaların dueli. “Cenoa” 19-cu, rəqibi isə 17-ci yerdədir. “Cenoa 20 oyunda hesabına 1 qələbə, 9 heç-heçə 10 məğlubiyyət, “Spesia” isə 4 qələbə, 4 heç-heçə, 12 məğlubiyyət yazdırıb. Hər iki komandanın məhsuldarlığı zəifdir. A seriyasında ən az qol vuran 5 komanda sırasındadırlar. Güman edirəm ki, bu oyun 2,5 alt variantı ilə bitəcək.
“Villareal” – “Atletiko Madrid” – qol /qol
“Villareal” əla “sürət yığıb”. Son turlarda göstərdikləri fantastik oyun bunu deməyə əsas verir. Qolları yağış kimi yağdırırlar. Son 4 oyunda 15 qol vurub, cəmi birini buraxıblar. Ardıcıl məğlubiyyətlərdən sonra toparlanan “Atletiko” isə “Rayo Vallekano” üzərində qələbəyə azarkeşlərini sevinib. “Atletiko”nun əsas məqsədi bu oyunda da uduzmamaq olacaq. Risk etmədən qarşılaşmaya qol/qolu ən münasib variant sayıram.