Sürpriz kupon – 08.12.2023
“Sumqayıt” – “Qarabağ” ÜST 2.5
“Sumqayıt”dan fərqli “Qarabağ” məhsuldarlığı ilə seçilir. Qurban Qurbanov bu qarşılaşmada rotasiyaya əl atsa belə futbolçuları “Hakken”lə oyunda şans qazanmaq üçün özlərini göstərməyə çalışacaq. Belədə matçda ən azı 3 qol vurulacağını təxmin etmək olar.
“Qalatasaray” – “Adana Demirspor”
Hər iki hissəni qazanacaq: “Qalatasaray”
“Qalatasaray” rəqibindən hərətərəfli üstündü. Patrik Klüvertlə vidalaşan “Adana Demirspor” isə onsuz da əzif olduğu rəqibi qarşısına həm də xaotik bir durumda çıxacaq. Meydan sahiblərinin hər iki hissədə üstünlüklərini prtaya qoyacağını düşünürəm.
“Yuventus” – “Napoli” X
Mövsümə yaxşı start verən və 9 oyundur uduzmayan “Yuventus” cütün favoritidi. Amma Çempionlar Liqasında pley-off şanslarını itirməyən “Napoli” də asanlıqla məğlub ediləcək komanda deyil. Son çempion bu mövsüm daxili arenada hələlik
azarkeşlərini sevindirməsə də, bu qarşılaşmada uduzmayacağını təxmin edirəm.