Günün kuponu – 08.12.2023
“Sumqayıt” – “Qarabağ” 2
“Qarabağ”ın futbolçularının əsas fikri “Hakken”lə maçtda ola bilər. Bununla belə, növbəti çempionluğa doğru inamla addımlayan Qurban Qurbanovun komandasının ustalığı sayəsində lazım olan 3 xalı alacağını düşünürəm.
“Qalatasaray” – “Adana Demirspor”
Fora: “Qalatasaray” (-1)
Çempionluq uğrunda gərgin mübarizə aparan “Qalatasaray” Şahruddin Məhəmmədəliyevin “Adana Demirspor”unu qonaq edəcək. “Cim Bom” ev oyunlarında xal itkisi vermir. Qeyri-sabit qonaqlar üzərində də inamlı qələbə qazanacağına mərc etmək olar.
“Yuventus” – “Napoli” ÜST 2.5
“Napoli”nin son 3 oyununda 2.5 ÜST variantı gəlib. Çempionluq titulunu qoruması çox çətin görünən neapollular bu qarşılaşmada var gücləri ilə A Seriyasının turnir cədvəlindıki mövqelərini yaxşılaşdırmağa çalışacaq. “Qoca sinyora” üçünsə bu göydəndüşmə şansdı. Ən azı 3 qol vurulacağına mərc edə bilərik.