Sürpriz kupon – 08.06.2023

Sürpriz kupon – 08.06.2023

“Alaves” – “Eybar” QOL/QOL
İspaniyada sequnda təmsilçiləri La Liqaya vəsiqə uğrunda yarışır. “Alaves”lə “Eybar” arasında baş tutan ilk oyun 1-1 hesabı ilə yekunlaşıb. Cavab matçında meydan sahiblərinin şansını yüksək qiymətləndirənlər çoxluq təşkil edir. Mövsümü eyni xalla başa vuran komandaların cavab görüşündə heç-heçə qeydə alınacağını düşünürəm.

“Chanqçun Yatai” – Shenzhen FC ÜST2.5
Çin çempionatında 12-ci turun oyunları keçirilir. Son 13 ildə “Shenzhen”ə uduzmayan “Chanqçun Yatai” bu dəfə rəqibi öz stadionunda qəbul edir. Cari mövsüm liderlərlə oyunu alınmayan meydan sahibləri çox vaxt zəif rəqiblərlə matçlarda xal qazanır.

“Chengdu Rongcheng” – “Tianjin Jinmen Tiger” QOL/QOL
Liderdən cəmi 3 xal geri qalan “Chengdu” 4-cü pillədə qərarlaşan komandanı qəbul edir. Qonaqlar qələbə qazanacağı təqdirdə liderlərə lap yaxınlaşacaq. Bu komandalar Çin Superliqasında iki dəfə üz-üzə gəlib. Birində “Chengdu” qələbə qazanıb, digərində heç-heçə qeydə alınıb.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 08.06.2023

Növbəti yazı

“Qalatasaray”da yeni müqavilə