Günün kuponu – 08.06.2023
“Sparta” – “Tvente” QOL/QOL
Niderland çempionatında avrokuboklara vəsiqə uğrunda həlledici oyuna mərc etmək təklif olunur. İki görüşdən ibarət duelin ilk matçı “Sparta”nın stadionunda baş tutacaq. Əvvəlki mərhələdə “Tvente” “Herenven”i məğlub edib. “Sparta” isə “Utrext”lə çətin dueldən qalib ayrılıb.
“Avstriya Lustenau” – “Avstriya Vyana” QOL/QOL
Avstriyada UEFA Konfrans Liqasına vəsiqənin taleyi həll olunur. Meydan sahibləri ilk mərhələni çətinliklə adlayıb. Ona görə heyətin yorğun olduğu istisna deyil. İlk mərhələdən azad olan Vyana klubu birinci oyunda qənaətbəxş hesab üçün meydana çıxacaq.
“Kalyari” – “Bari” ALT2.5
İtaliya B seriyasında pley-off görüşü. Qonaqlar B seriyasını 65 xalla üçüncü pillədə başa vurub. Rəqibdən 5 xal geri qalan “Kalyari” turnir cədvəlində 5-ci sırada qərarlaşıb. Statistikaya əsasən “Kalyari” son 7 ildə bu rəqibi məğlub edə bilməyib. Fikrimcə bu görüşdə ALT2.5 seçimi daha real görünür.