Sürpriz kupon – 08.04.2023
“Frayburq” – “Bavariya” – QOL/QOL
“Bavariya”nın 3 gün əvvəl kubokdakı məğlubiyyətin əvəzini çıxacağını gözləyirəm. Amma “Frayburq” öz meydanında yalnız müdafiə olunmayacaq. Tərəflərin öz aralarındakı son 10 duelindən 9-da qarşılıqlı qollar vurulub. Fikrimcə, bu görüşdə də belə olacaq.
“Bayer Leverkuzen” – “Ayntraxt” – 1ci hissə cüt şans 12
Leverkuzen klubu son 8 matçda uduzmayıb. Məhsuldarlıq da öz yerində. Frankfurt təmsilçisi də qol sarıdan korluq çəkmir. Məhsuldar bir matç gözləyirəm və fikrimcə, 2-ci yarıya tərəflərdən biri hesabda irəli başlayacaq.
“Nitsa” – PSJ – QOL/QOL
“Nitsa” UEFA Konfrans Liqası və Liqa-1-də keçirdiyi son 6 matçın hamısında qol vurub. PSJ – nin elə də möhkəm olmayan müdafiəsini də yara bilərlər. Messi və. Mbappenin komandası son 2 turda “Renn” və “Lion”a uduzmaqla tənqid hədəfinə çevrilib. Fikrimcə, PSJ ardıcıl 3-cü məğlubiyyətə imkan verməyəcək. Ona görə qarşılıqlı qolları bu matç üçün daha uyğun variant sayıram.