Günün kuponu – 08.04.2023
“Borussiya Dortmund” – “Union Berlin” – QOL/QOL
Hər iki komanda 3 gün əvvəl Almaniya Kubokunun 1/4 finalında mübarizəni dayandırdı. İndi diqqəti bütünlüklə bundesliqaya, “Bavariya”nı zirvədən endirməyə yönəltmək olar. Ötən tur Münhen klubuna 2:4 hesabı ilə uduzaraq liderliyi təhvil verən Dortmund təmsilçisi hazırda “Bavariya”dan 2 xal geri qalır. 3-cü pillədəki “Union Berlin” isə “Borussiya”dan 2, “Bavariya”dan 4 xal geri qalır. Bu səbədən amansız bir qarşılaşma olacağını gözləyir, bol qollu oyun olacağını təxmin edirəm.
“Frayburq” – “Bavariya” – 2
“Bavariya” 3 gün əvvəl Almaniya Kubokunun 1/4 finalında məhz bu komandaya öz meydanında uduzaraq hamını təəccübləndirdi. Amma bundesliqada “Bavariya”nın güzəştə getməyəcəyini düşünürəm. Zirvəni ötən tur çox çətinliklə “Borussiya”dan alıblar. Belə tezliklə oradan enməzlər. Ona görə oyun 2 variantını real sayıram.
“Mançester Yunayted” – “Everton” – 1ci hissə cüt şans 12
“Everton” son oyunlarda “özünə gəlib”. Fikrimcə, “Yunayted” üçün asan oyun olmayacaq. Bu matçda qarşılıqlı qollar gözləyirəm. Amma bütün oyuna deyil, ilk hissəyə mərc edəcəm. Fikrimcə, fasiləyə qədər hesabdakı bərabərlik pozulacaq.