Sürpriz kupon – 08.02.2024
Gənclərbirliyi – Trabzonspor QOL/QOL
Türkiyə Kubokunda 1/8 final mərhələsi başlayıb. Statistikaya əsasən qonaqlar favoritdi. 2016-cı ildən indiyə qədər Trabzon təmsilçisi “Gənclərbirliyi”nə uduzmayıb. Amma kubok matçlarında bəzən fərqli nəticələr qeydə alınır. Bu səbəbdən hər iki tərəfin meydanı qolsuz tərk etməyəcəyini düşünürəm.
Antalyaspor – Beşiktaş ÜST2,5
Türkiyə Kubokunda 1/8 final bizə maraqlı mübarizə təklif edir. Bu komandaların oyunu son illər güzəştsiz rəqabətlə yadda qalıb. Superliqada “Qalatasaray” və “Fənərbaxça”nı izləyən “qara qartallar”ın kubokda da irəliləmək istəyi var. Hər iki tərəfin fəal olacağı fikrindəyəm.
Qroningen – Fort Sittard 1
Niderland Kubokunda ¼ final. Ötən mərhələdə “Ekselsior”u turnirdən kənarlaşdıran “Qroningen”i evdə çətin sınaq gözləyir. Son matçlarda “Sittard” qələbə qazandığından qüvvələr bərabər dəyərləndirilir. Sürpriz kupon olduğundan risk edərək “Qroningen”in qələbəsini seçirəm.