Sürpriz kupon – 08.09.2024

Sürpriz kupon – 08.09.2024

Slovakiya – Azərbaycan QOL/QOL

Fernando Santuşun başçılığı altında ilk rəsmi oyunda İsveçə uduzan (1:3) Azərbaycan yığması Slovakiya səfərində sürpriz etməyə çalışacaq. Xal qazanmasaq belə, komandamızın azı qol vuracağına ümid edirəm.

Portuqaliya – Şotlandiya 1-ci hissə Portuqaliya

Portuqaliya ardıcıl 2-ci oyunda da qalib gəlməyi hədəfləyib. Məncə, onlar bunu bacaracaq, özü də elə ilk hissədə.

Xorvatiya – Polşa QOL/QOL

İlk turda Portuqaliya səfərində uduzan Xorvatiya millisi evdə qələbə üçün oynayacaq. Polşa yığmasının da hücum potensialını nəzərə alsaq, qarşılıqlı qollar real variant kimi görünür.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 08.09.2024

Növbəti yazı

Millimizin matçında fransalı hakimlər