Sürpriz kupon – 06.05.2022
“Levante” – “Real Sosyedad” QOL/QOL [nowbetnow-dynamic dyn_code=1402]
“Levante” dişi-dırnağı ilə La Liqada qalmaq üçün çarpışır. Hazırda sonuncu – 20-ci yeri tutan Valensiya klubu 17-ci pillədəki “Kadis”dən 6 xal geri qalır. “Levante” son 5 oyunun hamısında rəqib qapılarına yol tapa bilib. Hətta “Barselona”, “Sevilya” kimi komandaların qapısından 2 top keçirib.
“Real Sosyedad”ın az da olsa, Top-4-ə düşmək şansı qalır. Hər iki komandanın heyətində itkilər çoxdur. Hər iki tərəfə qələbə lazım olduğundan qol\qol variantını gözləyirəm.
“Legiya” – “Qornik” 1 [nowbetnow-dynamic dyn_code=1399]
Mahir Emrelinin sabiq komandası Polşa yüksək liqasında yerini çətinliklə qorudu. Amma klubda vəziyyət yenə yaxşı deyil. Varşava təmsilçisi son 3 oyunda məğlub olub.
“Qornik”in də bu mövsüm heç bir hədəfi qalmayıb.
“Legiya” öz meydanında, doğma publika qarşısında nəhayət ki, 3 xal qazana bilər.
“Cenoa” – Yuventus” 1 [nowbetnow-dynamic dyn_code=1400]
Sürpriz kuponda bu cür risklərə getmək olar. Artıq ÇL-ə vəsiqəni təmin edən Alleqrinin komandası növbəti turlara eksperimental heyətlə də çıxa bilər.
“Cenoa” isə A seriyasında qalmaq uğrunda mübarizə aparır deyə, istənilən rəqiblə oyunda sensasiya gözləməyinə dəyər. Turin klubunun Cenoa səfərində çox güc sərf etməyəcəyini düşünürəm.