Günün kuponu – 06.05.2022
“Lill” – “Monako” QOL/QOL [nowbetnow-dynamic dyn_code=1403]
Hər iki komandanın düşərgəsində itkilər var. Meydan sahiblərinin heyətində Burak Yılmaz və Renato Sançeş cəzalı olduqlarından komandalarına kömək edə bilməyəcəklər. Hər iki futbolçu ötən tur “Trua” ilə matçda qırmızı vərəqə alıblar.
“Monako”da isə əsas hücumçulardan olan Gelson Martinş zədəlidir.
4-cü yeri tutan “Monako”nun Çempionlar Liqasına getmək şansı qalır. Ona görə də qonaqlar bu matçda nəyin bahasına olursa-olsun, qələbə qazanmağa çalışacaqlar.
“Lill” isə gələn mövsümlə bağlı planlar qura bilər.
“Knyazlıq klubu” 7 oyundur ki, ardıcıl qələbə qazanır. Bu dəfə “Monako” “Lill” səfərində büdrəyə bilər. Bu komandaların görüşləri çox vaxt məhsuldar alındığından qol\qol variantını seçirəm.
“İnter” – “Empoli” 1 [nowbetnow-dynamic dyn_code=1404]
“İnter” lider “Milan”dan hələ də 2 xal geri qalır. İndi Simone İnzaginin komandası öz oyunlarını qələbə ilə başa vurmaqla yanaşı, əbədi rəqibinin də xal itirməsinə ümid etməlidir. Ötən tur “Udineze” üzərində qələbə qazanan “İnter” bu dəfə “Empoli”ni qəbul edəcək. “Empoli” son matçda “Torino”ya öz meydanında uduzmuşdu – 1:3. Qonaqların heyətində itkilər də çoxdur.
“İnter” A seriyasında son 8 matçın hamısında “Empoli” üzərində qələbə qazanıb.
“Cenoa” – “Yuventus” QOL/QOL [nowbetnow-dynamic dyn_code=1401]
“Yuventus” artıq Çempionlar Liqasına vəsiqəni təmin etdiyindən oyunlara rahat çıxa bilər. “Cenoa” isə A seriyasında qalmaq uğrunda mübarizə aparır. Üstəlik, Turin klubunda əsas heyətin 6 futbolçusu zədəlidir. “Qoca sinyora” son 3 matçda qalib gəlib. Bunlardan biri İtaliya kubokunda “Fiorentina” ilə yarımfinal görüşü idi.
Bu komandalar arasında son 6 oyundan beşində qarşılıqlı qollar olub. Bu səbəbdən yenə qol\qol gözləyirəm.