Sürpriz kupon – 05.11.2022
“Auqsburq” – “Ayntraxt” – 3,5 ALT
Məntiqlə bu oyun bol qollu keçməlidir. Hər iki komandanın oynadığı son 4 matç 2,5 üst bitib, “Auqsburq” 12 tura 21, “Ayntraxt” isə 20 qol buraxıb. Bununla belə, intiusiya mənə bu qarşılaşmada maksimum 3 qol vurulacağını deyir. Öz aralarındakı son 4 dueldə olduğu kimi. Ona görə 3,5 alt variantına üstünlük verirəm.
“Fortuna Sitard” – “Emmen” – TAYM2
Olduqca uğursuz mövsüm keçirən “Emmen”in 12 turda cəmi 1 qələbəsi var, onun da üzərindən 3 aya yaxın vaxt keçir. Elə son 4 oyunda qələbəyə həsrət “Fortuna Sitard” haqqında da nikbin düşünmək olmur. Bu matçda proqnozlar alt-üst ola bilər. Bu matçın ilk yarısında baş verərsə, daha çox qazanmaq imkanımız olacaq. Çünki əmsal yetərincə yüksəkdir (3,50). Ona sürpriz elə 1-ci taymda olacağını gözləyirəm.
“Borussiya Dortmund” – “Bohum” – QOL/QOL
Dortmund favorit sayılsa da, oyuna zədə üzündən ciddi itkilərlə çixacaq. Autsayder “Bohum” bu vəziyyətdən yararlanıb sürpriz edə bilər. Qonaqların ən azı bir qol vuracaqlarına inanıram. 12 turda 32 qol buraxan müdafiə isə yəqin ki, “seriyasını” davam etdirəcək.