Günün kuponu – 05.11.2022
“Herta” – “Bavariya” – QOL/QOL
“Bavariya” artıq qış tətili ab-havasındadır. Almaniya millisinin oyunçuları Sane, Müller və qapıçı Noyer 2 həftə sonra başlanacaq dünya çempionatına qədər zədələrinin müalicəsi ilə məşğuldur. Xüsusən Noyerin yoxluğu “Herta”nın bu matçda qol vurmaq şansını artırır. “Bavariya”da hücumda kimin oynayacağının isə böyük əhəmiyyəti yoxdur. Fikrimcə, komanda onsuz da azı bir qol vuracaq.
“Mançester Siti” – “Fulhem” – TAYM1
“Siti” şübhəsiz bu matçın favoritidir. Sadəcə, oyun 1-in əmsalı çox aşağı olduğundan bir qədər riskə gedib taym 1 variantına mərc etmək olar. Məncə, Qvardiolanın komandası fasiləyə qədər hesabda irəli çıxacaq.
“Karlsrue” – “Holşteyn Kiel” – 2,5 ÜST
2-ci bundesliqanın ən çox qol vuran komandalarından ikisinin duelində məhsuldarlıq gözləməyə dəyər. “Karlsrue” 14 oyuna 21, “Holşteyn Kiel” isə 25 qol vurub. Üstəlik, hər ikisinin müdafiə xətti qeyri-sabit oynayır. 2,5 üst variantına məncə güvənmək olar.