Sürpriz kupon – 05.07.2024

Sürpriz kupon – 05.07.2024

İspaniya – Almaniya X

Çoxları bu qarşılaşmanı AVRO 2024-ün erkən finalı adlandırır. Bugünəcən qitə çempionatında ən inamlı təsir bağışlayan iki komandadan biri turnirlə vidalaşmalı olacaq. Zənnimcə, bir-birinə layiqli rəqiblər maksimum ehtiyatlı oynayacaq və qalib əsas vaxtda bilinməyəcək.

Uruqvay – Braziliya QOL/QOL

Bukmekerlər Copa America 2024-ün 1/4 final mərhələsi görüşləri arasında ən böyük maraq doğuran qarşılaşmada çox qol vurulacağına inanmır. Amma ən azı turnirin favoritlərindən sayılan Braziliyaya görə bu proqnozla razılaşmaq çətindi. Doğrudur, braziliyalılar hələlik pərəstişkarlarının gözlədiyi futbolu sərgiləmir. Marselo Byelsanın Uruqvayı bu mənada rəqibinə ciddi müqavimət göstərə bilər. ETOPAZ oyunda qarşılıqlı qolların olacağına cəlbedici əmsal verir. Sürpriz kuponda bu şansdan yararlanmaq olar.

Portuqaliya – Fransa İstənilən vaxt qol vuracaq: Killian Mbappe

Bu oyunda bütün dünyanın gözü Kriştiano Ronaldo və Killian Mbappedə olacaq. Məncə, daha gənc forvardın komandası bir qədər güclüdü. Mbappe özü isə artıq bombardirlik məharətini ortaya qoymalıdı.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 05.07.2024

Növbəti yazı

Rayanın durumuna aydınlıq gəldi