Ronaldodan antirekord
AVRO-2024-ün 1/4 final mərhələsinə Portuqaliya Fransa ilə qarşılaşıb. Oyun Ronaldonun komandası üçün uğursuz nəticələnib.
Superulduz görüşdə böyük turnirlərin antirekordunu yeniləyib. Avropa çempionatında 5 oyunda meydana çıxan 39 yaşlı hücumçu topa orta hesabla 29,1 dəfə toxunub.
Bununla da o, 2022-ci ildə keçirilən dünya çempionatındakı antirekordunu yeniləyib. Ronaldo bu baxımdan ən yaxşı göstəriciyə DÇ-2006-da imza atıb – 66,2 toxunuş.