Kadıoğlu üçün 25 milyon
“Fənərbaxça”da ayrılıq yaşana bilər. Ferdi Kadıoğlu komandanı tərk etməyə yaxındır.
O, “Brayton”un maraq dairəsinə düşüb. “Qağayılar” Kadıoğlu üçün 25 milyon avro təklif edib.
Rəqəmin daha da arta biləcəyi bildirilsə də, “Fənərbaxça” rəhbərliyinin hələlik bu təklifə cavab vermədiyi bildirilib. Rəhbərliyin Ferdi Kadıoğlu ilə bağlı yekun qərarı vermək üçün AVRO-2024-ün bitməsini gözlədiyi qeyd edilib.