Sürpriz kupon – 05.01.2023
“Qaziantep” – “Başakşəhər” QOL/QOL
Superliqanın 16-cı turunda “Başakşəhər” səfərdə meydana çıxacaq. Lider “Fənər”dən geri qalan “Başakşəhər” üçüncü pillədə qərarlaşıb. Meydan sahibləri qonaqlar üçün uğursuz rəqib sayılır. Son dörd görüşdən üçü məhz “Qaziantep”in qələbəsi ilə başa çatıb.
“Adana Dəmirspor” – “İstanbulspor” ÜST2.5
Superliqanın ən zəif bəndi “İstanbulspor” klubudu. Son pillədə qərarlaşan qonaqlar ötən ilin son matçında “Kasımpaşa”ya qalib gəlib (2-1). Fikrimcə meydan sahibləri favorit sayıldıqları görüşdə sürprizə imkan verməyəcək.
“Trabzonspor” – “Girəsunspor” ÜST2.5
Turnir cədvəlində klubları bir-birindən 4 pillə və ya 7 xal ayırır. Altıncı pillədə qərarlaşan Trabzon təmsilçisi xal itirəcəyi halda liderlər çox aralı düşəcək. Yeni ilin ilk matçında hər iki klub qələbə qazanmağa çalışacaq. Ona görə məhsuldar oyun olacağını gözləyirəm.