Sürpriz kupon – 03.01.2022
“Nottingem Forest” – “Barnsley” – ÜST2.5
34 xalı olan “Nottingem Forest” 9-cu yerdədir. Turnir cədvəlində yüksələrək sonda pley-offa vəsiqə verən yerlərdən meydan sahiblərini 5 xal ayırır. Qonaqlar autsayder olaraq axırdan ikinci pillədə qərarlaşıb. “Barnsley” Çempionşipdə qapısında ən çox qol görən iki klubdan biridir. Bayram günlərində azarkeşləri məhsuldar oyunla sevindirəcəklərini düşünürəm.
“Osasuna” – “Atletik Bilbao” – QQ
La Liqada demək olar qonşu pillələrdə qərarlaşıblar. “Atletik” 11, “Osasuna” 13-cü pillədə yer alıb. Cəmi 2 xal fərqləri var. Aşkar favorit olmadığına görə qol\qol seçimi daha real görünür.
“Kadiz” – ”Sevilya” – ÜST2.5
Turnir cədvəlinin əks qütblərində yer alan komandalar “Kadiz”in meydanında üz-üzə gəlir. Lider “Real”dan 8 xal geri olan “Sevilya” üçün indi xal itkisi ciddi problem yaradacaq. Rəqib autsayder olduğuna görə hətta səfərdə əsas məqsəd qələbədir. Son 7 matçda “Sevilya” qələbə qazanmaqla rəqibin qorxulu yuxusuna çevrilib. Uğurlu seriyanın davam edəcəyini düşünürəm. Seçimim ÜST2.5 olacaq.