Günün kuponu – 03.01.2022
“Mançester Yunayted”-“Vulverhempton” – ALT2.5
Yeni ildə baş tutacaq ilk oyunda meydan sahibləri favorit hesab olunur. 31 xalı olan “Man.Yunayted” 6-cı pillədədir. Qonaqlar 25 xalla 8-ci sıraya enib. Etibarlı müdafiəsi olan “Vulverhempton” 18 oyunda cəmi 14 qola məyus olub. Fikrimcə bu matçdan məhsuldarlıq gözləmək yanlışlıqdı.
“Vilyarreal” – “Levante” – ÜST2.5
Cəmi 8 xalı olan Primeronun autsayderi səfərdə “Vilyarreal”ın qonağı olacaq. Bayram günlərində baş tutacaq matçda meydan sahibləri aşkar favorit göstərilir. “Vilyarreal” “Levante” ilə evdə çox inamlı təsir bağışlayır. Son 5 oyunun yalnız birində “Levante” qələbəyə sevinib. Hər iki komanda son matçlar yüksək məhsuldarlıq nümayiş etdirir. Bu dəfə də ən azı 3 qol olacağını düşünürəm.
“Ridinq” – “Derbi” – ÜST2.5
Meydan sahibləri 21 xalla 21-ci yerdədir. Son pillədə olan “Derbi” aşkar autsayderdi. Bu komandaların əksər oyunları ÜST3.5 əmsalını doğruldur. Son 10 oyunun 8-də ÜST 2.5 qeydə alınıb. Ona görə seçimim ÜST2.5 olacaq.