Sürpriz kupon – 02.11.2023
“Persopolis” – “Sanat Naft” – 1-ci hissə – “Persepolis”
İran Liqasında ilk yarıda qol vurulmasına nadir hallarda rast gəlinir. Xüsusən də liderlə autsayder oynayırsa. Çempionluğa oynayan “Persepolis”in ötən tur “Malavan”la görüşdə sürpriz xal itkisini nəzərə alsaq (0:0) Tehran təmsilçisi lider “Esteqlal”dan uzaq düşməmək üçün “Sanat Naft”ı mütləq məğlub etməlidir. Riskə gedərək meydan sahibinin artıq ilk yarıda oyunun taleyini həll edəcəyinə mərc edirəm.
“Sepahan” – “Malavan” – 1
İran Liqasında turnir cədvəlində qonşu komandaların dueli. “Sepahan” hazırda 3-cü, “Malavan” isə 5-ci sıradadır. Belə rəqiblərin oyunlarında 1×2 variantları riskli sayılsa da,ötən tur xal itirən “Sepahan”ın bu dəfə “büdrəməyəcəyini” düşünürəm.
“Ayaks” – “Volendam” – 30-cu dəqiqəyə kimi qol – bəli
Tarixinin ən uğursuz mövsümlərindən birini keçirən “Ayaks”a qələbə hava-su kimi vacibdir. Elə turnir cədvəlindı qonşusu olan “Volendam”a da. Ağır vəziyyətdə olan hər iki komandanın itiriləsi nəyisə yoxdur. Bol qol gözlədiyim bu qarşılaşmada hesabın ilk yarım saatda açılacağını təxmin edirəm.