“Ayaks” – “Volendam” – 2,5 ÜST
“Ayaks” Erediviziyada tarixinin ən uğursuz mövsümlərindən birini keçirir. Adlı-sanlı klub turnir cədvəlində statusuna yaraşmayan sonuncu yerdədir. Rəqibi isə ondan cəmi 2 xal çox toplayıb. Hər iki komanda autsayderlər zonasını tərk etməyə çalışdığından güzəştsiz mübarizə gedəcək. Ona görə qarşılaşmanın məhsuldar keçəcəyini gözləmək olar.
“Sassuolo” – “Spezia” – 1-ci hissə cüt şans 12
Bir oyundan ibarət İtaliya Kubokunun 1\16 final mərhələsində “Sassuolo”nun rəqibi B seriyası təmsilçisi “Spezia”dır. İlkin mərhələdə olan əksər kubok matçları kimi bu oyunun da bol qollu keçəcəyini təxmin edirəm və fasiləyə qədər hesabdakı bərabərliyin pozulacağını düşünürəm.
“Əl Duhail” – “Əl Rəyyan” – 2,5 ÜST
Hər iki komanda Qətər “Ulduzlar Liqası”nda iddialılardandır. Tanınmış fransız mütəxəssis Kristof Qaltyenin baş məşqçi olduğu “Əl Duhail”də “Liverpul” və “Barselona”dan tanıdığımız Filipp Koutinyo da çıxış edir. Hərçənd 31 yaşlı braziliyalı yarımmüdafiəçinin aktivində bu mövsüm cəmi 2 qol var. “Əl Rəyyan”ən baş məşqçi postunda isə tanınmış portuqaliyalı mütəxəssis Leonardo Jardimdir. Burada “Lion”dakı oyunu ilıə diqqət çəkən Tiaqo Mendes, keçmiş “Valensiya”lı forvard Rodriqo, braziliyalı hücumçu Rojer Guedes kimi legionerlər forma geyinir. Hər iki komanda ilk 7 turda qapısından 10 qol buraxıb. Vurulan qollar isə “Əl Rəyyan”da 15, rəqibində 14-dür. Aralarındakı oyunların statistikası da 2,5 üstə işarə edir. Ona görə bu varianta güvənirəm.