Sürpriz kupon – 02.04.2024
“Benfika” – “Sportinq” QOL/QOL
Portuqaliya kubokunun yarımfinal mərhələsinin ilk oyununda 2:1 hesabı ilə qalib gələn “Sportinq” çempionluq mübarizəsində də, “Benfika”nı 1 xal qabaqlayır, üstəlik ehtiyatda da 1 oyunu var. Lissabon derbisinin bol qollu keçəcəyi proqnozlaşdırılır. Komandalar arasında keçirilmiş son 4 oyunda qol-qol və 2.5 üst variantı qazanıb.
“Yuventus” – “Latsio” 2.5 ALT
İtaliya kubokunun ilk yarımfinal matçında cəmi üç gün öncə A Seriyasında üz-üzə gələn komandalar qarşılaşacaq. Həmin oyunda “Latsio” Romada hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə fərqlənməklə 1:0 hesablı qələbə qazanmışdı. Bu dəfə kubok mübarizəsinin ilk qarşılaşması olduğunu nəzərə alsaq, komandaların daha çox müdafiəyə diqqət ayıracağını və hücuma atılmayacağını təxmin edə bilərik.
“Saarbrüken” – “Kayzerslautern”
Mərhələni keçəcək: “Saarbrüken”
“Bavariya”, “Ayntraxt” və Münhenqladbax “Borussiya”sını Almaniya kubokundan kənarlaşdıran üçüncü liqa təmsilçisi ikinci Bundesliqada 16-cı yerdə qərarlaşan “Kayzerslautern”lə finala yüksəlmək üçün mücadilə edəcək. Bukmekerlər Avropada futbol mövsümün ən böyük sensasiyasına imza atmış komandanı favorit saymasa da və riskli görünsə də, “Saarbrüken”in daha bir möcüzəni gerçəkləşdirəcəyinə mərc edə bilərik.