Günün kuponu – 02.04.2024
“Qalatasaray” – “Hatayspor” 1
Çempionluq uğrunda gərgin mübarizə aparan “Qalatasaray” mövsüm sona yaxınlaşdıqca xal itirməmək üçün əlindən gələni edəcək. “Hatayspor” ilk dövrədə ad-sanlı rəqib üzərində sensasiyalı qələbə qazanıb. Amma Renat Dadaşovun komandası çətin ki, bu oyunda nəsə edə bilsin. “Qalatasaray”ın ilk dövrədəki məğlubiyyətin revanşını alacağını düşünürəm.
“Vest Hem” – “Tottenhem” QOL/QOL
London derbisinin favoriti qonaqlardır. Amma “Bayer”lə Avropa Liqasının 1/4 final mücadiləsinə hazırlaşan meydan sahibləri də təslim olmaq fikrində deyil. Komandalar məhsuldarlıqları ilə seçilir, müdafiədə isə etibarlı olduqlarını deyə bilmərik.
“Lion” – “Valensyen” 1-ci hissə: 1
“Lion” bu kubok mübarizəsində aşkar favoritdir. Meydan sahibləri rəqibdən hərtərəfli üstündür. Bu üstünlüyü ilk yarıda hesaba əks etdirəcəklərini düşünürəm.