Sürpriz kupon – 02.02.2022
“Benfika” – “Jil Visente” – QOL/QOL
Turnir cədvəlində komandalar arasında kəskin fərq yoxdur : “Benfika” 3-cü, “Jil Visente” 5-ci sırada. Amma arada 14 xallıq fərq var. Yəqin buna görə bukmekerlər “Benfika”nı öz “qonşusu” ilə matçda aşkar favorit sayır və qələbəsini çox aşağı əmsalla dəyərləndirir (1,28). Amma “Jil Visente” əvvəlki duellərdə olduğu kimi yenə nəticədən asılı olmayaraq “Benfika”ya qol vura bilər. Ona görə oyun 1-dənsə, daha yüksək əmsalı qol/qola mərc edirəm.
“Smirnis” – PAOK – 2,5 ÜST
Mütləq autsayder “Smirnis”in 18 turda cəmi 7 qol vurmasına, son 4 matçının 2,5 alt bitməsinə baxmayaraq, PAOK-la oyunun bol qollu olacağına inanıram. Ötən tur xal itirən PAOK çempionluq şansını azaltmamaq üçün qələbə qazanmalı, qol və ya qollar vurmalıdır. Adətən Saloniki klubunun “Smirnis”lə duelləri məhsuldar alınır. Məncə, bu dəfə də matçda azı 3 qol görəcəyik.
“Kortreyk” – “Antverpen” – QOL/QOL
Tərəflər son turlar məhsuldar oynamır. “Kortreyk”in axırıncı 3, “Antverpen”in isə 2 qarşılaşması 2,5 altla yekunlaşıb. 24 oyuna 44 qol vuran “Antverpen”lə hesabında bu mövsüm 30 qol olan “Kortreyk”in bu dəfə 2,5 seriyasını dayandıracağını düşünürəm. Amma matçın 1:1 bitmə ehtimalını da nəzərə alıb qol /qol variantını seçirəm.