Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Günün kuponu – 02.02.2022
“Olimpiakos” – “Panetolikos” – 2,5 ÜST
Superliqanın lideri “Olimpiakos” ötən tur ən yaxın izləyicisi PAOK-la görüşdə heç-heçəyə razılaşdı – 1:1. Ardıcıl xal itkisi inandırıcı görünmür. Amma “Panetolikos” Pirey təmsilçisi üçün son vaxtlar “baş ağrısına” çevrilib. 2 həftə əvvəl Yunanıstan Kubokunun ilk 1/4 final matçında da “Olimpiakos” səfərdə bu komandaya uduzdu (1:2).
Tərəflərin öz aralarındakı son 5 duelinin 2,5 üstlə bitdiyini nəzərə alsaq, nəyə görə bol qollu oyun gözlədiyimin səbəbi aydınlaşar.
“Smirnis” – PAOK – 2
18 oyundan cəmi 9 xal qazanmaqla sonuncu pillədə yer alan “Smirnis” təbii ki, iddialı PAOK-a rəqib deyil. PAOK ötən tur lider “Olimpiakos” la xal fərqini azalda bilərdi, gəl ki, 1:1 hesablı bərabərlikdən sonra tərəflər arasında 9 xallıq fərq qaldı. İndi PAOK ən azı bu xal fərqinin artmaması üçün qalib gəlməlidir. “Olimpiakos”un xal itkisi isə onlar üçün xoş sürpriz olar.
Braziliya – Paraqvay – 1
Braziliya Qətər-2022-yə vəsiqəni təmin etdiyindən oyun onlar üçün formal xarakter daşıyır. Son 2 turda Argentina (0:0) və Ekvadorla (1:1) heç-heçələr pentakampeonların liderliyinə təsir göstərməyib. Paraqvay isə 6 oyundur qələbə nədir, heç bir qol belə vura bilməyib. Braziliya üçün hər nə qədər formal oyun olsa da, qol vura bilməyən komanda ilə görüşdə xal itirməsi beşqat dünya çempionları üçün rəzalət olar. Bu düşüncə ilə oyun 1 variantına üstünlük verirəm.