Sürpriz kupon – 01.04.2023
“Bavariya” – “Borussiya Dortmund” – 1ci hissə cüt şans 12
Oyunun məhsuldar keçəcəyini gözləyirəm. Bundesliqa liderlərinin əksər duelləri belə olur. Demək, ilk yarıda hesabın açılması da real görünür. Fikrimcə, hesabdakı bərabərlik fasiləyə qədər pozulacaq.
“Leypsiq” – “Mayns” – 1ci hissə cüt şans 12
“Mayns” son 6 turda uduzmur. Amma ilk “dördlüy”ə bir addım qalan “Leypsiq”lə duel onlar üçün çox çətin olacaq. Hər iki komanda məhsuldar oyunları ilə diqqət çəkir. Bu matçda da artıq ilk yarıda hesabın açılacağını, bərabərliyin pozulacağını təxmin edirəm.
“İnter” – “Fiorentina” – 1ci hissə cüt şans 12
“İnter” son 2 matçda cəmi 1 qol vursa da, “Fiorentina” matçının fərqli keçəcəyini gözləyirəm. Rəqib də hücum futboluna üstünlük verdiyindən elə ilk yarıda cüt şansa mərc etmək olar. Məncə, 1-ci hissə heç-heçə bitməyəcək.