Günün kuponu – 01.04.2023
“Mançester Siti” – “Liverpul” – 2,5 ÜST
Premyer liqa iki həftəlik fasilədən əla bir qarşılaşma ilə qayıdır. “Liverpul” çempionluq iddiasını bu mövsüm “dəfn” etsə də, “Siti” ilə oyunlar onlar üçün həmişəki kimi prinsipialdır. Həm də ÇL-ə vəsiqə verən ilk “dördlüy”ə düşmək üçün qələbə “Liverpul”a çox vacibdir. Amma Qvardiolanın komandası buna imkan verəcəkmi? Lider “Arsenal” la 8 xallıq fərqi azaltmaq üçün Mançester klubuna qələbə hava-su kimi vacibdir. Hər iki komandanın hücum potensialını nəzərə alsaq, 2,5 üst variantını daha uyğun sayıram.
“Arsenal” – “Lids” – 1ci hissə cüt şans 12
Bol qol gözlədiyim oyundur. Həyəcanı sona qədər saxlamağa ehtiyac yoxdur. Fikrimcə, ilk yarıda hesab açılacaq, tərəflərdən biri fasiləyə hesabda öndə yollanacaq.
“Bavariya” – “Borussiya Dortmund” – QOL/QOL
Bundesliqanın liderləri üçün mövsümün oyunu. Dortmund klubu “Bavariya”dan 1 xal çox yığmaqla liderdir. Münhenlilər qalib gəlsə zirvəni ələ keçirəcəklər. Zədəli Noyerin yoxluğu “Borussiya” nın işinə yaraya bilər. Tərəflərin öz aralarındakı son 7 duelində olduğu kimi bu görüşdə də qarşılıqlı qollar vurulacağını düşünürəm.