Sürpriz kupon – 01.02.2023
TraXtor – Fulad 1
Uğur qazanmaması üçün molla rejiminin daimi maneləri ilə üzləşən təbrizlilər, buna baxmayaraq, hazırda ilk beşlikdədir. Amma bu oyunda xal itkisi həm də turnir cədvəlində aşağı yuvarlanmaqla nəticələnə bilər.
Tək güneylilərin yox, bütün dünya azərbaycanlılarının sevimli klubunun “Qurdlar dərəsində” möhtəşəm azarkeşlərinin dəstəyi ilə rəqibinə dərs keçəcəyinə ümid edirəm.
Qəbələ – Sabah 2
Ötən mövsüm “Sabah”ın avrokubok xəyallarını “Qəbələ” puç etdi. Qış fasiləsində heç bir klub yeni transfer etməsə də, Murad Musayevin komandası rəqibindən daha güclü heyətə – fərdi ustalığı daha yüksək futbolçulara malikdi. Zənnimcə, nəticəni də məhz bu faktor müəyyənləşdirəcək.
Neftçi – Zirə QOL/QOL
“Neftçi” oyunun favoriti sayılsa da, “Zirə” bu mövsüm hələ öz sözünü deməyib. Yeni transfer, Ukrayna Çempionatının keçmiş bombardiri Kulaç çox keyfiyyətli futbolçudur. Əgər hazırda yaxşı formadadırsa, birmənalı “Neftçi”yə baş ağrısı törədəcək. Digər yeni transfer Gerye də keçmiş klubuna qarşı oyunda şans qazansa, özünü var gücü ilə göstərməyə çalışacaq. Maraqlı və bolqollu qarşılaşma izləyəcəyimizi istisna etmirəm.