Sürpriz kupon – 01.01.2022

Sürpriz kupon – 01.01.2022

“Kristal Palas” – “Vest Hem” – 2,5 ÜST [nowbetnow-dynamic dyn_code=1003]

Hər iki komanda “sürət yığıb”. “Kristal Palas” son 4, “Vest Hem” isə ardıcıl 3 matçda 2,5 üst oynayıb. Yeni ilin ilk matçı, stadionda bayram ab-havası, məncə, bütün bunlar komandaların publikaya oynamasına, baxımlı futbol göstərməsinə təkan verəcək. Ona görə də 2,5 üst variantına güvənirəm.

“Blekpul” – “Hall Siti” – 2,5 ALT [nowbetnow-dynamic dyn_code=1004]

Hər iki komanda son 2 turda oyunlarını 2,5 üstlə başa vursalar da, ümumilikdə çempionşipin ən az qol vuran komandaları sırasındadırlar. “Blekpul” 24 oyuna 25, “Hall Siti” isə daha az – 24 tura 20 qol vurub. Bu görüşdən də məhsuldarlıq gözləmirəm, ağlımda olan variant – 2,5 alt!

“Uotford” – “Tottenhem” – 2 [nowbetnow-dynamic dyn_code=1005]

“Tottenhem” son turda Sauthempton səfərində xal itirib – 1:1. İlk “beşlik”dəki rəqibləri uzağa buraxmamaq üçün növbəti xal itkisinə yol vermək olmaz. Əks halda 6-cı sıraya “Mançester Yunayted”in yüksəlməsi mümkündür. Ona görə də oyun 2-yə mərc etməyə dəyər.

İlkin Fikrətoğludan ən son “Sürpriz Kupon”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 01.01.2022

Növbəti yazı

“Alanyaspor”da italiyalı məşqçi