Superkubokun tarixi bəlli oldu
Türkiyə Superkuboku finalının keçiriləcəyi yer və vaxt bəlli olub. “Qalatasaray” və “Fənərbaxça” arasında baş tutacaq oyun aprelin 3-də təşkil ediləcək.
Qarşılaşma Şanlıurfa şəhərində keçiriləcək. Oyunun ötən il dekabrın 29-da Səudiyyə Ərəbistanında təşkili nəzərdə tutulsa da, təşkilatçıların qadağaları üzündən komandalar meydana çıxmaqdan imtina etmişdilər.