Sürpriz kupon – 20.02.2024
PSV – “Borussiya D.” 2
Erediviziyanın lideri çətin sınaq qarşısındadır. “Borussiya” bəzən Bundesliqada qeyri-sabit çıxış etsə də, avrokuboklarda adətən sabit oynayır. Dortmundlular səfər matçlarında da inamlı təsir bağışlayır.
“Mançester Siti” – “Brentford”
Fora: (-2) “Mançester Siti”
“Mançester Siti” lider “Liverpul”dan 4 xal geridədir. Komanda 3 xal qazanmaq üçün var gücünü ortaya qoyacaq. Qvardiolanın yetirmələrinin fərqli qələbəsinə mərc etmək olar.
“İnter” – “Atletiko Madrid” 1-ci hissə 1
Meydan sahibləri ağır Madrid səfəri öncəsi müəyyən üstünlük təmin etmək üçün hücum etməlidir. “İnter” elə ilk hissədə buna nail olacaq gücdədir. ETOPAZ bu mərcə cəlbedici əmsal verir.