Superkuboku “Arsenal” qazandı

Superkuboku “Arsenal” qazandı

İngiltərə Superkubokunun qalibi müəyyənləşib. Bu gün keçirilən həlledici görüşdə “Mançester Siti” və “Arsenal” qarşılaşıb.

Matçın taleyini penaltilər seriyası həll edib. Görüşdəki qollar ikinci hissədə vurulub. Koul Palmer topu “topçular”ın qapısından keçirib. O, 77-ci dəqiqədə Kevin de Bruynenin ötürməsini qola çevirib. 90+11-ci dəqiqədə isə Leandro Trossard komanda yoldaşı Bukayo Sakanın ötürməsindən sonra hesaba tarazlıq gətirib.

Penaltiləri daha dəqiq vuran paytaxt klubu 4:1 hesablı qələbə qazanıb. Bununla da “Arsenal” tarixində 17-ci dəfə Superkuboka sahib çıxıb. Londonlular bunadək 1930, 1931, 1933, 1934, 1938, 1948, 1953, 1991, 1998, 1999, 2002, 2004, 2014, 2015, 2017 və 2020-ci illərdə də bu mükafatı əldə edib.

ETOPAZ

Əvvəlki yazı

Leona İtaliyadan təklif

Növbəti yazı

“Sabah”dan 5 cavabsız qol