Super Liqa oyunu yarımçıq dayandırılıb

Super Liqa oyunu yarımçıq dayandırılıb

Türkiyə Super Liqasının XXII turunun “Qaziantep” – “Yeni Malatyaspor” matçı yarımçıq dayandırılıb. Bu gün keçirilən oyunun başa çatdırılmamasına hava şəraiti səbəb olub.

Güclü qar səbəbindən görüşün baş hakimi fasilədən sonra komandaların meydana çıxmasına icazə verməyib. Qonaqların baş məşqçisi Marius Sumudika hakimin qərarına etiraz edib və buna görə də qırmızı vərəqə ilə cəzalandırılıb. Oyun dayandırıldığı vaxta qədər qapılara qol vurulmayıb.

ETOPAZ

Əvvəlki yazı

Dieqo Kosta Braziliyada qalacaq

Növbəti yazı

“Atlanta” tarixində 5-ci oldu