Dieqo Kosta Braziliyada qalacaq
“Atletiko Mineyro”dan ayrılandan sonra azad agent statusu alan Dieqo Kosta karyerasını İngiltərədə davam etdirmək istəməyib. Təcrübəli hücumçu “Arsenal”ın hədəfində olsa da, forvard Premyer Liqa klubuna keçmək fikrində deyil.
İspaniya yığmasının milliləşdirdiyi braziliyalı karyerasını vətənində davam etdirmək fikrindədir. Kosta “Korintians”ın təklifini qəbul etməyə hazırlaşır. “Çelsi”dəki sabiq komanda yoldaşı Villianın da bu klubda çıxış etməsi Dieqonun seçiminə təsir edib.