“Sumqayıt”dan ilk xal itkisi
Azərbaycan Premyer Liqasında IV tura start verilib. İlk oyun gününün yeganə matçı “Dalğa Arena”da baş tutub.
Rəqiblərini Bakıda qəbul edən “Araz-Naxçıvan” “Sumqayıt”la üz-üzə gəlib. Qarşılaşmada hesabı qonaqlar açıb.
Rövlan Muradov penalti zərbəsindən dəqiq yararlanıb.
Buraxılan qoldan sonra fəallığı artıran naxçıvanlılar bərabərlik topunu vurmağı bacarıb. Cərimə zərbəsindən qapını dəqiq nişan alan Turan Manafaov hesaba tarazlıq gətirib – 1:1. Bununla da “Sumqayıt” mövsümdə ilk xal itkisi ilə üzləşib.
Qeyd edək ki, tura avqustun 27-də yekun vurulacaq.