23 milyonluq transfer
“Bayer” heyətinə yeni futbolçu qatır. Almaniya klubu Naytan Tellanı transfer edir.
“Sauthempton”un vingerinin keçidi yaxın müddətdə rəsmiləşəcək. İngiltərəli futbolçu 5 illik müqavilə imzalayacaq.
24 yaşlı oyunçu üçün 23 milyon avro ödəniləcək. O, bu gün tibbi müayinədən keçməlidir.
Qeyd edək ki, Tella ötən mövsümü icarə əsasında “Bernli”də oynayıb.