Sulşer gedir, Karrik və Fletçer arasında seçim

Sulşer gedir, Karrik və Fletçer arasında seçim

“Mançester Yunayted” rəhbərliyi Premyer Liqanın “Uotford”la matçındakı 1:4 hesablı məğlubiyyətdən sonra baş məşqçi Ole-Qunnar Sulşerlə bağlı qərar verib. Fövqəladə iclas keçirən rəhbərlik norveçlini istefaya göndərməyi lazım bilib.

İcraçı direktor Riçard Arnolda Sulşerlə müqaviləyə xitam verilməsinin detallarını razılaşdırmaq tapşırılıb. Baş məşqçinin istefası klubun sahibi Coel Qleyzerin razılıq verməsindən sonra gerçəkləşəcək.

İngiltərə klubunun yeni çalışdırıcı ilə bağlı da qərarı da bəllidir. Komandaya müvəqqəti baş məşqçi təyin olunacaq. Bu vəzifəni bir müddət Sulşerin köməkçisi Maykl Karrik və ya texniki direktor Darren Fletçer yerinə yetirəcək.

ETOPAZ

Əvvəlki yazı

“Milan” 17-də dayandı

Növbəti yazı

Zverevin 28-ci finalı