Zverevin 28-ci finalı

Zverevin 28-ci finalı

Kişi tennisçilər arasında ilin yekun turnirində yarımfinal mərhələsi başa çatıb. Dünyanın üçüncü raketkası Aleksandr Zverev yarışın ikinci finalçısı olub.

Almaniyalı tennisçi yarımfinalda Novak Cokoviçə qalib gəlib – 7:6, 4:6, 6:3. Zverev karyerasında 28-ci, mövsümdə 6-cı dəfə finala yüksəlib.

O, “ATP Finals”da ikinci finalını oynayacaq. Aleksandr 2018-ci ildə turnirin qalibi olub. Zverev finalda qrup mərhələsində uduzduğu Daniil Medvedevlə üz-üzə gələcək.

ETOPAZ

Əvvəlki yazı

Sulşer gedir, Karrik və Fletçer arasında seçim

Növbəti yazı

“Hyuston”dan uğursuz seriya