Stiv Kerr 10-cu oldu
“Qolden Steyt” pley-offun ilk turunun 3-cü oyununda “Denver”lə səfərdə qarşılaşıb. Komanda 118:113 hesabıyla qalib gəlib (3:0).
Qələbə baş məşqçi Stiv Kerr üçün pley-off oyunlarında 80-ci olub. O, bu göstəricidə Corc Karl və Lenni Uilkensə çatıb. Onlar NBA tarixinin pley-off matçlarında ən çox qələbə qazanan məşqçiləri siyahısında 10-cu pilləni bölüşür.
Cədvələ Fil Cekson başçılıq edir. Onun hesabında 229 pley-off qələbəsi var.
