Donçiç meydana qayıdır
“Dallas”ın basketbolçusu Luka Donçiç meydana qayıda bilər. Onun pley-off mərhələsinin ilk turunun “Yuta”ya qarşı dördüncü oyununda (2:1) dönməsi planlaşdırılır.
“Maveriks” 4-cü oyunda Donçiçin 2022-ci il pley-off debütünü hədəfləyir. Sloveniyalı oyunçu baldır gərginliyi ilə seriyanın ilk üç oyununu buraxıb.