Şreder “Leykers” yolunda

Şreder “Leykers” yolunda

Almaniya millisinin basketbolçusu Dennis Şreder “Leykers”ə qayıtmağı planlaşdırır. 29 yaşlı oyunçu ilə Los-Anceles təmsilçisi arasında razılıq da əldə olunub.

Onun müqaviləsi 1 illik nəzərdə tutulub. Şreder 2,64 milyon dollar qazanacaq.

Dennis 2020/21 mövsümündə də “Leykers”də çıxış edib. Həmin vaxt anlaşmasını uzada bilməyən basketbolçu “Boston”a keçib. “Seltiks” isə onu “Hyuston”la dəyişib.

ETOPAZ

Əvvəlki yazı

Endi “Redinq”ə qayıtdı

Növbəti yazı

“Liverpul”un iki planı