“Liverpul”un iki planı
İngiltərənin “Liverpul” klubunun heyətinə qatmaq istədiyi yarımmüdafiəçilər müəyyənləşib. Premyer Liqa təmsilçisi Cud Bellinqemi heyətində görmək istəyir. Əgər Dortmund “Borussiya”sının futbolçusunun keçidi baş tutmasa, klubun B planı da dəqiqləşib.
“Liverpul” Mateus Nunyesi də maraq dairəsində saxlayır. “Vulverhemtpon”un yarımmüdafiəçisi artıq qışda klubunu dəyişə bilər.
Qeyd edək ki, Nunyes ötən ay “Sportinq”dən İngiltərə klubuna keçib.