Son Hinq-Min 7-ci oldu

Son Hinq-Min 7-ci oldu

“Tottenhem”in hücumçusu Son Hinq-Min xüsusi göstəriciyə imza atıb. O, Premyer Liqa tarixində ardıcıl 8 mövsümdə 10 qol həddini keçən 7-ci oyunçu olub.

Daha öncə bu nailiyyətə “Mançester Yunayted” və “Everton”un hücumçusu Ueyn Runi (11 mövsüm), “Çelsi” və “Vest Hem”in yarımmüdafiəçisi Frenk Lempard (10 mövsüm), “Mançester Siti”nin hücumçusu Serxio Aquero, “Tottenhem”in oyunçusu Harri Keyn (hər ikisi 9), həmçinin, “Arsenal” və “Liverpul”un hücumçuları Tyerri Anri və Sadio Mane (hər ikisi 8) nail olub.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti”nin oyununda azərbaycanlı hakimlər

Növbəti yazı

“Roma”da ciddi itki