“Roma”da ciddi itki
“Roma”da ciddi itki baş verib. Komandanın hücumçusu Serdar Azmun zədələnib.
O, xəsarət səbəbindən bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq. 28 yaşlı iranlı A Seriyasının 15-ci turunun “Fiorentina” ilə matçında (1:1) sıradan çıxıb. Futbolçu 25-ci dəqiqədə Paulo Dibalanın yerinə meydana daxil olub. Lakin özü də ikinci hissədə əvəzlənib.