Skaloni cəzalandırıldı

Skaloni cəzalandırıldı

Argentina millisinin baş məşqçisi Lionel Skaloni cəzalandırılıb. Çalışdırıcı Amerika kubokunun III turunu buraxacaq.

O, Çili ilə II turun görüşü zamanı ikinci hissəyə gecikdiyi üçün bir matçlıq diskvalifikasiya edilib. Bu üzdən baş məşqçi Peru ilə qarşılaşmanı buraxacaq.

Skaloni 15 min dollar cərimə də ödəməlidir. Çilinin baş məşqçisi Rikardo Qareka da həmin matçda fasilədən gec qayıdıb. O, rəqib məşqçi ilə eyni cəza alıb.

Qeyd edək ki, Argentina Çiliyə 1:0 hesabı ilə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

“Turan Tovuz”da iki müqavilə

Növbəti yazı

Günün kuponu – 30.06.2024